main-post-cover

    Aktyor Ben Affleck, Batman haqqında çəkiləcək solo filmdən imtina etdi

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Hər şeyin buna doğru getdiyi açıq aydın görünən məsələ, rəsmi olaraq təsdiqləndi.

    Aktyor Ben Affleck, Batman haqqında çəkiləcək solo filmin rejissorluğundan imtina edib. "Elə personajlar var ki, onlar milyonlarla pərəstişkarların ürəklərində xüsusi yer tuturlar. Bu rolu canlandırmaq üçün xüsusi diqqət və təcrübə lazımdır. Məlum olub ki, mən hər iki işi, məndən tələb olunan səviyyədə görə bilmək qabiliyyətində deyiləm. Studiya ilə belə bir qənaətə gəlmişik ki, bu cür böyük film üzərində mənimlə çalışmaq üçün rejissor tapılsın. Mən tamamilə bu layihəyə sadiqəm. Lakin hal-hazırda biz rejissor axtarışındayıq. Mən əvvəlki kimi bu personajın canlandırılması və pərəstişkarlara onların istədiyi filmi verməkdə istəkliyəm” – deyə Ben Affleck bildirib. Qeyd etmək lazımdır ki, aktyor heç vaxt sözügedən filmin rejissor postuna təyin olunması barədə xüsusi sevinclə reaksiya verməyib. O dəfələrlə qeyd edib ki, yaxşı ssenarinin olacağı halda filmi çəkməyə hazırdır. Lakin keçən ilin sonunda aktyor bildirmişdi ki, hələ də yaxşı bir ssenari yoxdur.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər