main-post-cover

    Aldatmaq istədikləri şəxsin, hacker olduğunu bilməyib, tələyə düşdülər

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    İvan Kvyatovskiy adlı hacker, onun valideynlərinin kompüterinə müdaxilə edib, hesabından pul çıxarmaq istəyənlərə çox yaxşı dərs verib. Həmin şəxs, fırıldaqçıların cihazlarına ziyan verici proqram yükləyə bilib. Hackerin verdiyi məlumata görə, valideynlərinin kompüterində yüklənmiş virusların olması haqda veb-səhifə açılıb və texniki dəstəyə müraciət etməsi məsləhət görülüb. Fırıldaqçılar bu işlə məşğul olan təmir mərkəzinin də əlaqə vasitələrini göstəriblər. Hacker isə onların məqsədini öyrənmək üçün həmin nömrə ilə əlaqə saxlayıb. O, fırıldaqçıların sistemə girişinə mane olmaq üçün virtual Windows XP istifadə edib və bu yolla kompüterin işləmə sistemində nasazlıq olması haqda təsviri qarşı tərəflə paylaşıb. Bundan sonra fırıldaqçılar, hackerə virusları təmizləmək üçün tətbiq yükləməsini tövsiyə ediblər. Bununla da onlar simulyasiyaya giriş əldə edib, onun virusla yüklənməsi haqda illuziya formalaşdırıblar. Bu zaman pəncərə keçidində "IP sındırılıb”, "1452 virus” və s. kimi yazılar öz əksini tapıb. Bütün bunlardan sonra fırıldaqçılar, onlardan antivirus proqramı satın alması üçün təklif göndəriblər. Bununla da kredit kartı məlumatlarını ələ keçirməyi planlayan qrup tam fərqli problemlə üz-üzə qalıb. Belə ki, hacker onlara məlumatlar əvəzinə viruslarla dolu fayl göndərib və hazırladıqları planı özlərinə qarşı istifadə edib.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər