Alibaba ağıllı avtomobil sahəsinə qoşulur.
Elm & Texnologiya
Tech-Biznes
e-ticaret
07.05.2017
Farid Pardashunas
Çinin məşhur online alış-veriş servisi olan Alibaba Group
özünün ilk istehsalı olan ağıllı avtomobilin ön satışına start verib. İnternetə
qoşulu olan RX5 adlı avtomobil Çin-in SAIC Motor şirkəti tərəfindən hazırlanıb.
Off-road-un əsasında 2011-ci ildə təqdim olunmuş və bir çox yerli smartfonlarda
istifadə olunan YunOS əməliyyat sistemi durur. 2015-ci ildə 40 milyon insanın
istifadə etdiyi YunOS-u Alibaba Android və IOS-dən sonra üçüncü ən böyük
platforma hesab edir. Məhz YunOS-un sayəsində RX5 bütün ağıllı funksiyaları
yerinə yetirir. İlk öncə off-road öz sahibini smartfon və ya smart saata əsasən
tanıya və ona görə sistemi ayarlaya bilər. RX5 öz yerini Wi-Fi və GPS-siz təyin
edə bilən naviqasiya sisteminə sahibdir. Bunlardan əlavə olaraq RX5-in arxa
görüntü güzgüsü və cihaz panelində sensorlar və 4 action kameralar
quraşdırılmışdır. Həmin kameralar sayəsində 360 dərəcəli selfie fotolar və
videolar çəkmək mümkündür. Yeni off-road 15.000 dollar dəyərindədir.
Avtomobilin texniki parametrləri isə hələki bilinmir. Hər il bir çox avtomobillər
internetə qoşulur. Bir sıra proqnozlara əsasən artıq 2020-ci ildə avtomobillərin
90%-i internetə qoşulu vəziyyətdə olacaq. Lakin internetə qoşulmuş avtomobillərin
əsas mənfi cəhəti onların kiberhücumlar üçün əsas hədəf olmalarıdır. Buna görə
də bir çox istifadəçilər internetə qoşulmuş avtomobillərə müəyyən şüphə ilə
yanaşırlar. Bu baxımdan RX5-in nə dərəcədə uğurlu olacağını söyləmək çətindir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)