main-post-cover

    Alimlər, ateistlərin sağ qalma şanslarını incələyiblər

    07.05.2017
    Farid Pardashunas

    Mütəxəssislər belə bir nəticəyə gəliblər ki, ateistlər tədricən məhv olurlar.

    Bunun səbəbi təkcə mədəniyyətdə deyil, həmdə incələnməmiş genetik faktorlardadır. Hamı tərəfindən bilinən faktı qeyd etmək lazımdır. Vətəndaşlarının çox hissəsinin inanclı olduqları, geridə qalmış ölkələrdə demoqrafik artım yüksək səviyyədə olur. Eyni zamanda vətəndaşlarının çox hissəsinin Tanrıya inanmadıqları, inkişaf etmiş ölkələrdə isə insanlar mütəmadi olaraq vəfat edirlər. Belə ki, şərti olaraq ateistik İsveçdə bir qadına, 1.91 uşaq düşür. Bu isə köklü əhalənin qorunub saxlanması üçün lazım olunan minimum göstəricidən çox aşağıdır. İndi isə Malayziya və ABŞ-dan olan alimlər, eyni ölkədə inanclı və ateist insanlarda doğum göstəricisini müqayisə ediblər. Təcrübə əsnasında 4000-ə yaxın insan sorğudan keçmişdir. Gənc insanlar, onların bacı və qardaşlarının olub-olmaması, dini inancları barəsində suallara cavab veriblər. Məlum olub ki, Malayziyadakı ateistik ailələrdə 1.5 dəfə daha az uşaq doğumu olur. Ateistik ailələrdə 3.04 uşaq doğulduğu halda, bütün əhali üçün olan göstərici 3.2-dir. Başqa sözlə desək, ateistlərin tədricən öldükləri vaxtda, əhali strukturunda inanclıların say faizi getdikcə artır. Maraqlısı bundadır ki, alimlərin fikrincə bunun səbəbində təkcə tərbiyə və mədəniyyət faktorları deyil. Mütəxəssislər düşünürlər ki, bu cür demoqrafik dəyişiklik həmçinin hansısa genetik faktorlarla əlaqədardır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər