Alimlər dondurmanın insana olan xeyrini müəyyən ediblər

101

Körin Universitetindən olan yaponiyalı alimlər dondurmanın insan beyninə xeyrini müəyyən ediblər.

Belə ki, onlar səhər yeməyində dondurma qəbulunun insanın zehni aktivliyini və beynin çalışqanlığ qabiliyyətini artırdığını öyrəniblər. "Technote.az"ın "Lenta.ru"a istinadən verdiyi xəbərə əsasən öz təcrübələrində alimlər təcrübədən keçən insanlara səhər yeməklərini dondurmadan başlamalarını söyləmişdilər. Daha sonra həmin insanlar, onların reaksiyalarını və analitik bacarıqlarını yoxlayan kompüter testindən keçiblər. Tədqiqatçı qrupun rəhbəri professor Yoshihiko Koga bildirib ki, səhər yeməyində dondurma qəbulu insanların beynindəki alfa dalğaların tez bir zamanda stimulyasiyasına gətirib çıxarırdı. Təcrübələr nəticəsində məlum olub ki, səhər yeməyində dondurma qəbul etmiş insanlar müəyyən məsələlərin həllini daha tez yerinə yetirirdilər. Bununla yanaşı alimlərin fikrincə burda məsələ dondurmanın özündə deyil, onun sadəcə soyuq olmasındadır. Onların fikrincə dondurma, insan beynini yuxu prosesindən tez bir zamanda oyadır. Lakin dondurma digər soyuq qida ilə əvəz olunandan sonra həmin effektiv nəticələr əldə olunmayıb. Hal-hazırda alimlər, zehni xüsusiyyətlərin nəyin hesabına yaxşılaşdığını dəqiq bilmirlər.