Alimlər dünyadakı ən çətin dili təyin ediblər

2284

Alimlər öyrənilməsi ən çətin dili müəyyən ediblər.

Həmin dil Pirahan xalqının dili olub. Belə ki, onlarda adi danışıq dili əvəzinə fit səslərindən istifadə olunur. Braziliyanın Amazon cəngəlliklərində yaşayan Pirahan xalqının dili, öyrənilməsi ən çətin dil müəyyən edilib. Bunun başlıca səbəbi həmin qəbilənin nümayəndələrinin danışıqda müxtəlif fit səslərindən istifadə etmələridir. Təbii ki, onların dilində samitlər də var. Lakin onlar çox azdırlar. Qəbilə nümayəndələri əsasən bir-birilərinə məlumatı ötürmək üçün müxtəlif növ səsləri fit ilə çatdırırlar. Fit səsi adi danışıq dilindən bərk səsləndiyi üçün o dildə uzun məsafələrdə danışmaq mümkündür.

"Technote.az”ın "Mir24.tv”ə istinadən verdiyi xəbərə əsasən ilk baxışdan eyni olan səslər tonallıqlarına görə də fərqlənirlər. Həmçinin fit səsi ilə ova çıxmaq da səmərəli hesab edilir. Belə ki, fit səsi ilə ovu aldatmaq mümkündür. Pirahan xalqının dilində rəqəm və rənglərin təyin edilməsi yoxdur. Rəqəmləri hər zaman əllər vasitəsilə göstərmək olar. Ticarət əlaqələrində isə barterdən istifadə olunur. Rənglərin əvəzinə pirahanlılar müəyyən rəngə bənzər əşyadan bəhs edirlər. Onların dillərindəki fellərdə zaman, isimlərin isə növləri yoxdur. Pirahanlıların dilində ümumilikdə 350 nəfər insan danışır. Bununla yanaşı qadınlar kişilərdən daha az samitlərdən istifadə edirlər.