Alimlər fiziki vasitə istifadə etmədən məlumatı ötürməyi bacarıblar!

147

Çinli və Kanadalı elm adamları, fiber optik şəbəkə üzərindən bir məlumatı hər hansı fiziki bir materiala yükləmədən 8,2 kilometr kənara yollamağı bacardı.

Nature Photonics jurnalında nəşr olunan bir araşdırmaya görə kanadalı və çinli elm adamları, iki şəhər arasında fiber optik şəbəkə istifadə edərək məlumat yollamağı bacardı. Qrupun başında olan Kanadalı elm adamı Volfqanq Tittel, bir fotonun kvant halını 8,2 kilometr kənara yolladı. "Star Trek" film seriyasından ilhamlanaraq inkişaf etdirilən bir texnikanın tətbiq araşdırmasında istifadə olunan qurğular, kvant internet quruluşunun təməl daşı vəzifəsini üzərinə götürəcəyi bildirilir. Bir digər araşdırmada isə Çin Texnologiya və Elm Universitetindən Çiang Cang və Cian-Vey Pan, Hıfey şəhərində 30 kilometr uzunluğundakı fiber optik şəbəkə üzərindən məlumat yollamaq üçün fərqli bir qurğu istifadə etdi. Elm adamları, kvant məxfiliyinin vəd etdiyi etibarlı ünsiyyət üçün uzaq məsafələr arası şüalanmanın çox əhəmiyyətli bir addım olduğunu söyləyirlər.