main-post-cover

    Alimlər ilk süni mədəaltı vəzi yaradıblar

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Kembric Universitetinin alimləri dünyada Android smartfon vasitəsilə çalışan ilk süni mədəaltı vəzini yaradıblar.

    Cihaz şəkər xəstəliyindən əziyyət çəkən insanaların qanındakı qlükozanın miqdarını ölçmək üçün nəzərdə tutulub. Süni mədəaltı vəz insulin nasosu, qlükometrqəbuledicidən ibarətdir. "Technote.az”ın "Popmech.ru”a istinadən verdiyi xəbərə əsasən süni mədəaltı vəzdə olan bu komponentlər Android smartfon vasitəsilə çalışır. Qlükometr qandakı şəkərin miqdarını real vaxtda ölçür. Nasos isə zərurət olduqda lazımı insulin miqdarını ifraz edir. Nəticədə şəkər xəstəliyindən əziyyət çəkən insanlar qlükozanın miqdarını ölçərək özləri insulinin miqdarını təyin etməkdən azad olacaqlar. Həmçinin bu sistem hətta xəstə yatdığı zaman belə dayanmadan çalışa bilər. Alimlərin sözlərinə əsasən bu cür mədəaltı vəzilər artıq gələn il təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər