Alimlər insanların bir-birini öldürmələrinin səbəbini izah ediblər

471

Tədqiqatçılar insanların bir-birini nə üçün öldürdükləri sualına cavab verməyə çalışıblar.

Onlar bunu təkamül ilə əlaqələndiriblər. Zorakılığın təbiəti barəsində mübahisələr heç vaxt səngimək bilmir. Bu haqda bir sıra vacib versiyalar mövcuddur. Həmin versiyalardan birini fransız filosof Jan Jak Russo vaxtı ikən demişdir. O düşünürdü ki, sivilizasiyanın yarandığı vaxtdan bəri insanlar bir- biriləri ilə harmoniya içərisində yaşayıblar. Zorakılığın birdən birə inkişaf mərhələsini o, şəxsi mülk ilə əlaqələndirirdi. Öz növbəsində ingilis filosofu Tomas Qobbs düşünürdü ki, insan təbii halında çox aqressivdir. İndi isə ispan tədqiqatçı Markos Mendes və onun həmkərları iki versiyanı da yoxlamağa qərar veriblər. Bunun üçün onlar xüsusi riyazi modeldən istifadə ediblər. Mütəxəssislər 137 növ məməlinin ölüm göstəricilərinə nəzər yetiriblər. Onlar həmçinin tarixdən qabaqki insanların ölüm səbəblərini analiz ediblər.

Tədqiqatçılar öyrəniblər ki, məməlilər digər məməliləri çox nadir hallarda öldürürlər. Bu göstərici 0.3% təşkil edib. Lakin konkret olaraq insanabənzər meymunlara nəzər yetirdikdə bu göstərici 1.8% təşkil eir. Tarixdən öncəki dövr insanlarda isə 2%-dir. Bununla belə sivilizasiya insanı az dərəcədə qəddar etməyib. Məsələn keçmiş antik dövrdə zorakılıqla edilmiş ölümlərin faiz göstəricisi ibtidai sinif mühitinin göstəricisindən yüksək olub. Lakin insanın özünə oxşar irqə qarşı göstərdiyi qəddarlıq təbiəti necədir? Alimlər özləri düşünürlər ki, qəddarlığa meyllilik Homo Sapiens-in təkamül dövrü çərçivəsində olmuşdur. Buna sübut kimi onlar müasir meymunları misal gətiriblər. Böyük qrup heyvanlar olduqda zorakılığın da səviyyəsi qalxır. Qeyd etmək lazımdır ki, müasir inkişaf etmiş ölkələrdə zorakılıq göstəricisi nisbətən aşağıdır.