main-post-cover

    Alimlər Marsa uçuşun insanlar üçün təhlükəli olduğunu öyrəniblər

    07.05.2017
    Farid Pardashunas

    Alimlər kosmonavtların Marsa uçuş şərtlərini imitasiya ediblər.

    Müşahidə zamanı məlum olub ki, Marsa uçuş beynə zərər vurur. Kaliforniya Universitetinin alimləri Mars uçuşu şəraitini imitasiya edərək bir neçə təcrübə keçirdiblər. Burada ön planda olan məsələlər koloniyaçıların Marsda nə ilə qarşılaşacaqları və insan orqanizminə kosmik şüalanmanın təsiri idi. "Technote.az"ın "Hi-tech.mail.ru"a istinadən verdiyi xəbərə əsasən təcrübə laboratoriya siçanları üzərində aparılıb. 12 həftə ərzində siçanlara oksigentitanium ionları ilə təsir ediblər. Məlum olub ki, şüalanmanın bu cür miqdarı beyninmərkəzi sinir sisteminin işini pozur. Mars koloniyaçıları yaddaş pozulması, depressiya, paranoya, halsızlıq, reaksiya sürətinin aşağı düşməsi və ağıl çatışmamazlığı faktorlarından əziyyət çəkə bilərlər. Təcrübə zamanı siçanlardan biri hətta qorxu hissini belə itirmişdir. Alimlər qeyd ediblər ki, bəzi siçanların səhhətində təcrübədən bir neçə ay keçməsinə baxmayaraq müsbət dəyişiklik müşahidə olunmayıb. Nəzərə alsaq ki, Mars missiyası 12 həftədən bir qədər çox zaman alacaq, planetin bütünlüklə koloniyalaşması artıq perspektiv bir iş kimi görünmür. Kosmonavtların Marsa uçuşları zamanı onlar artıq kosmik radiasiyanın təsirinə düşəcəklər. Marsa çatdıqda isə onların səhhətlərində ciddi problemlər ola bilər. Bu baxımdan alimlər kosmonavtları kosmik təhlükələrdən qoruya biləcək yeni üsullar kəşf etməlidirlər.

     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər