Alimlər qeyri-adi planet kəşf ediblər (VİDEO)

260

Yer kürəsinin orbiti üzrə dövr edən Hubble teleskopu 2007-ci ildə OGLE-2007-BLG-349 adlı ulduz sistemini kəşf etmişdir.

Həmin ulduz sistemi bizim planetdən 8000 işıq ili uzaqlığında yerləşir. Lakin alimlər indi onun əsas sirrini aşkar ediblər. Belə ki, sözügedən ulduz sistemində planetlərdən biri iki günəş ətrafında dövr edir. Alimlər planeti qravitasiya mikrolinziyası üsulu ilə aşkar ediblər. "Technote.az”ın "Hi-tech.mail.ru”a istinadən verdiyi xəbərə əsasən bu üsul iki ulduzun teleskop ilə eyni düz istiqamətdə yerləşəndə istifadə olunur. Bu halda ən yaxın ulduzun qravitasiya sahəsi linza rolunu oynayır. Yəni o daha uzaqda yerləşən ulduzun işığını böyüdür. Bununla yanaşı əgər yaxın ulduzun ətrafında planet varsa onun qravitasiya sahəsi sistemin işinıə təsir edir.

Alimlər aşkar ediblər ki, bu sistemdə iki ulduz var. Onlar bir-birlərindən 11 milyon km uzaqlıqda yerləşirlər. Müqayisə üçün qeyd edək ki, Yer kürəsi ilə Günəş arasındakı məsafə 149.6 milyon km-dir. Bundan əlavə olaraq ulduz sistemində OGLE-2007-BLG-349(AB)b planeti yerləşir. Həmin planet ölçüsünə görə Saturn-a bərabərdir. O orbit üzrə hər iki ulduz ətrafında 482 milyon km uzaqlıqla dövr edir. Hər iki ulduz ətrafında bir dövr müddəti Yer kürəsindəki7 ilə bərabərdir.