Alimlər QİÇS-in cinsi yolla yoluxmasına qarşı dərman yaradıblar

609

İspaniyada cinsi əlaqələr zamanı QİÇS virusunun ötürülməsi yollarını əngəlləyən dərman kəşf edilib.

Doluteqravir adlı yeni dərman QİÇS virusunu tamamilə yox etməsə də yayılmasını əngəlləyir və cinsi yolla ötürülməsi ehtimalını tamamilə aradan qaldırır. Alimlərin məlumatlarına əsasən virusa qarşı yönəlik dərmanların qəbulu zamanı 5-25% aralığı kişilər cinsi vəzidə olan virusdan qurtula bilmirlər. "Technote.az”ın "Rambler.ru”a istinadən verdiyi xəbərə əsasən doluteqravir, kişi cinsi toxumluqlara daxil olaraq virusu tez bir zamanda məhv etməyə qadirdir. Sözügedən dərmanı qəbul edəndən bir ay sonra spermdəki QİÇS virusu səviyyəsi sıfıra enir. Təcrübədən keçmiş 15 adamdan yalnız biri yarım illik müalicə dövründə bu cür nəticə əldə edə bilməyib. Alimlər bu dərmanı profilaktik məqsədlər üçün hətta QİÇS-ə yoluxmamış adamlara da qəbul etmələrini məsləhət görürlər.