main-post-cover

    Alimlər, səs dalğaları vasitəsilə smartfonu hack ediblər (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Texnologiyanın inkişafı ilə bərabər, cihazların təhlükəsizlik səviyyəsi də artır.

    Bunun sayəsində milyonlarla istifadəçi, öz cihazlarının hack olunmasından və məlumatların oğurlanmasından qorxmayaraq gecələr rahat yatır. Lakin bizə məlumdur ki, istənilən sistemdə boşluq tapıb, həmin boşluqdan istifadə etmək mümkündür. Bir neçə ün bundan öncə Miçiqan Universitetinin mütəxəssisləri çox effektiv və sadə hack etmə üsulu barəsində xəbər veriblər. Sözügedən üsul, səs dalğalarının, akselerometrə təsiri əsasında reallaşdırılır. Nəzərə alsaq ki, günümüzdə demək olar ki, istənilən cihaz, akselerometr ilə təchiz olunur, onda potensial hack etmə hadisənin miqyasını təsəvvür etmək olar. Smartfonlar, fitnes qolbaqlar, tibbi avadanlıqlar, avtomobillər və s. kimi texnologiya nümunələrini uzaqdan idarə etmək olar. Bunu isə sadəcə olaraq 5$ qiymətindəki akustik gücləndirici vasitəsilə etmək olar. Mütəxəssislər bunu bir növ musiqi virusu adlandırırlar. Təcrübə əsnasında, 5 istehsalçıdan akselerometrə sahib 20-ə yaxın müxtəlif cihaz, testdən keçirilib. Səs dalğalarının köməyi ilə alimlər, oyuncaq avtomobilin təkərlərini hərəkət etdirə və Fitbit qolbaqlarında heç kim tərəfindən atılmayan addımların sayını müəyyən edə biliblər. Bundan əlavə olaraq Samsung Galaxy S5smartfonundakı xüsusi tətbiq vasitəsilə əsl avtomobili idarə etmək mümkün olub.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər