main-post-cover

    Alimlər uzunömürlülüklə bağlı heyrətləndirici açıqlama veriblər

    07.05.2017
    Farid Pardashunas

    Alimlər qənaətə gəliblər ki, insan irqi öz uzun ömürlülük həddinə çatıb. Hal-hazırda yaşayan uzun ömürlü insanlar qədər müasir insan yaşaya bilməz.

    Beləliklə alimlər nəticəyə gəliblər ki, insanın uzunömürlülük həddi 120 yaş təşkil edi. Belə nəticəyə Albert Eynşteyn adına tibbi kollecin alimləri gəliblər. Alimlər qeyd ediblər ki, təyin olunmuş rekordlardan sonra insan ömrünü uzatmaq qeyri-mümkündür. 19-cu əsrdən başlayaraq insan həyatının ortalama davamlılığı artırdı. Bunun səbəbi isə planetin bəzi regionlarında tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsi, mümkünlüyü və pəhrizin daha balanslaşdırılması idi. Hesablamalara əsasən indiki dövrümüzdə ABŞ-da anadan olmuş uşaqların həyat dövrü 79 yaşa kimidir. 1900-cü ildə isə bu göstərici 47 yaş idi. Son 200 il ərzində artmış maksimal yaşama müddəti də durğunluq yaşayır. Çox güman ki, insanlıq öz bioloji həddinə çatıb.
    "Bizim məlumatlarımız təsdiq edir ki, həyat dövrü hələ 90-cı illərdə ən yuxarı həddə çatmışdır” – deyə tədqiqatın aparıcı rəhbəri Yan Vic bildirib. Vic və onun həmkarları 40 ölkədə təşkil edilmiş Human Mortality Database (İnsanlar arasında ölüm haqqında məlumatlar bazası) məlumatlarına əsaslanaraq bu nəticəyə gəliblər. Bundan əlavə olaraq Vic öz həmkarları ilə birlikdə 110 il yaşamış uzunömürlü insanların statistikalarını da araşdırıblar. Tədqiqatçıların müşahidələrinə əsasən məlum olub ki, bu baxımdan rekorda imza atmış şəxs Janna Kalman adlı fransız qadın olub. O, 1997-ci ildə 122 yaşında vəfat etmişdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər