drzeka zeka kartları

Alimlər, Yer kürəsi ilə Ayın toqquşacağı vaxtı təyin ediblər

08.05.2017 0 PAYLAŞIM 5760 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Planetoloq Jason Barnes, Forbes ilə müsahibəsində, gələcəkdə Ayın, Yer kürəsi ilə toqquşması barədə proqnozlarını açıqlayıb.

Aydaho Universitetinin planetoloqu Jason Barnes, müsahibəsində bildirib ki, Yer kürəsi ilə Ay, 65 milyard il sonra toqquşa bilərlər. Bu ona görə baş verəcək ki, Ayın get gedə öz oxu ətrafında fırlanma sürəti azalır və o bizdən hər il 3.8 sm uzaqlaşır. "Technote.az "ın "Forbes "a istinadən verdiyi xəbərə əsasən hal-hazırda Ay, öz oxu ətrafında 27 sutka ərzində fırlanır. Onun yer kürəsilə toqquşacağı vaxt isə bu göstərici artıq 47 sutka təşkil edəcək. Lakin böyük ehtimal ilə Yer kürəsi həmin vaxtda artıq mövcud olmayacaq. Belə ki, alimlərin fikrincə 5 milyard il sonra Günəş, böyük qırmızı nəhəngnə çevriləcək. Beləliklə ulduzun kütləsi 100 dəfə böyüyəcək və kosmosa güclü materiya tullantıları prosesi baş verəcək. Bəlkədə Yer kürəsi salamat şəkildə qalacaq. Lakin planetdəki həyat tamamilə məhv olacaq.