main-post-cover

    Alimlər yuxunun əsl mahiyyətini təyin ediblər

    07.05.2017
    Farid Pardashunas

    Amerikalı alimlər yuxu barəsində çox maraqlı nəticəyə gəliblər.

    Belə ki, onların fikrincə yuxu, müəyyən xatirələrin pozulmasına, digərlərinin isə yadda qalması üçün lazımdır. Alimlər sözügedən nəticəni iki qrup siçan üzərində aparılmış təcrübə əsasında çıxardıblar. Təcrübə zamanı birinci qrup siçanlar yatmış, ikinci qrup siçanlar isə oyaq vəziyyətdə qalıblar. Nəticədə məlum olub ki, yatmış siçanların beyinlərindəki öyrənmə və yaddaş özəlliklərinin iş prinsiplərinə cavab verən xüsusiyyətlərində, oyaq siçanlara nisbətən 20% azalma baş verib. Alimlərin fikrincə beləliklə sinir sistemi daha vacib xatirələrin yadda qalmasına şərait yaradır. Bundan əlavə olaraq alimlər qeyd ediblər ki, sözügedən prosesin yerinə yetirilməsi üçün Homer1a adlı zülal çox böyük rol oynayır. Bu zülalın səviyyəsinın artımı əsasən yatmış siçanlarda müşahidə olunub. Mütəxəssislərin fikrincə onların nəticələri insanlar üçün də keçərlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər