Alkoqolizmin dərmanı kəşf edildi

175

Amerikalı tədqiqatçılar alkoqolizmin dərmanını kəşf ediblər.

Həmin dərman insanlarda spirtə qarşı nifrət hissi oyadacaq. Tədqiqatçıların məlumatlarına əsasən dərman insanın zərərli vərdişlərə cavabdeh olan geninin köməyilə yaradılıb. Alimlərin fikrincə sözügedən gedən gen deaktiv olunarsa onda insan bir çox zərərli vərdişlərindən, o cümlədən alkoqolizmdən də azad olacaq. Bunu sübut etmək üçün siçanlar üzərində böyük təcrübə aparılıb. Siçanlarda əldə olunmuş uğurlu nəticələrdən sonra həmin təcrübə insanlar üzərindədə aparılıb. Təcrübədə 100 könüllü iştirak edib. Təcrübə çərçivəsində tədqiqatçılar həmin insanlarda sözügedən geni deaktiv etdikdən sonra onlarda alkoqolizm sindromu yaranıb. Beləliklə təcrübə iştirakçıları daha alkoqollu içkilər qəbul etmək istəmirdilər. İnsan DNT-ə edilmiş bu cür müdaxilənin əks nəticələri hələki tədqiq olunmayıb. Buna görədə alimlər hal-hazırda bu müdaxilənin əks nəticələrini müəyyən etmək üçün çalışırlar.