Alkoqollu içkiyə vaxtında STOP dedizdirəcək ağıllı qolbaq

275

CES 2017 beynəlxalq sərgisində Proof ad"ağıllıqolbaq təqdim edilib.

Bu qolbağın əsas özəlliyi isə onun, istifadəçinin fiziki aktivliyi deyil ziyafətlərdə və ya başqa yerlərdə alkoqollu içki tələbatının səviyyəsini nəzarətdə saxlamasıdır. Sözügedən qolbaq AndroidiOS əməliyyat sistemli smartfona Bluetooth vasitəsilə qoşularaq qandakı alkoqolun miqdarı haqqında məlumatları istifadəçiyə bildirir. Bunun üçün qolbaq, xüsusi elektrokimyəvi ötürücüdən istifadə edir. Qandakı alkoqolun miqdarı haqqındakı nəticələr, Blood Alcohol Content sistemi vasitəsilə ötürülür. Nəticə isə ümumi qan miqdarına əsasən etanolun faiz göstəricisi şəklində əks olunur. İstənilən zaman istifadəçi, qolbağı elə ayarlaya bilər ki, qandakı alkoqolun miqdarı müəyyən həddə çatandan sonra qolbaq, vibrasiya ilə istifadəçini xəbərdar etsin. Beləliklə istifadəçi vaxtında alkoqollu içki tələbatını dayandıra biləcək.

Bundan əlavə olaraq smartfonlar üçün nəzərdə tutulmuş tətbiq vasitəsilə bilmək olacaq ki, gecə, keçmiş əyləncəli tədbirdən sonra səhər sükan arxasına keçmək olar yoxsa yox. Tətbiq, istifadəçinin davranışlarını analiz edərək onun növbəti gecə nə qədər alkoqollu içki içəcəyini də müəyyən edə bilir. Qandakı alkoqolun miqdarı, xüsusi kartric vasitəsilə müəyyən edilir. Həmin kartric, qolbağın istehsalçısı tərəfindən patentləşdirilib. Kartric fasiləsiz olaraq 12 saat çalışa bilir. Qolbağın özünü isə 4 gündən bir şarj etmək lazım gələcək. Bu il "Proof” şirkəti öz "ağıllı” qolbaqları üçün vəsaitin toplanması kampaniyasına start verməyi planlaşdırır. Qolbağın güman olunan qiyməti isə 100-150$-dır. Buna baxmayaraq ABŞ-ın Beynəlxalq Səhiyyə İnstitutu artıq sözügedən layihəyə 100.000$ investisiya yatırıb.