Alternativ qazanc üsulları 2: Mobil telefonunuzdan pul qazanma üsulları

2280

Bu tətbiqlər vasitəsilə mobil telefonunuzdan istifadə edərək özünüz üçün əlavə pul qazana biləcəksiniz.

1. Iconzoomer(Android, iOS)

Bu tətbiq asan yolla pul qazanmağınız üçün əlverişlidir. Burda siz müxtəlif mövzularda pul qazana bilərsiniz. Bu sizin şəxsi fotolarınız və ya hər hansı mənzərə şəkli ola bilər. İngilis firması olan "Iconzoomer", PayPal, Amazon Gift Card vasitəsilə ödəniş həyata keçirir. Təəssüf ki, ölkəmizdə PayPal fəaliyyət göstərmir, amma siz Amazon Gift Card vasitəsilə Amazondan online alış-veriş edə bilərsiniz. Tətbiqi Android üçün burdan, iOS üçün burdan yükləyə bilərsiniz.

 

2. GrabPoints (Android, iOS)

Əgər hər şeyə birlikdə nəzarət etmək istəyirsinizsə, bu sizə qalmış bir şeydi. GrabPoints üzərindən istənilən video izləmə, anket doldurma və ya tətbiq endirmə etsəniz hər dəfəsində sizə pul qazandıracaq. Bu tətbiqdə bir çox şey yer aldığından bir qədər insan yorulur, amma istifadəçilər tətbiqdən razı qaldıqlarını ifadə edirlər. Bu tətbiq üzərindən Google Play Store, iTunes, Steam kartları və başqa şeylər də qazana bilərsiniz. Tətbiqi Android istifadəçiləri burdan yükləyə bilər.

 


 

3. AppTrailers (Android,iOS)

Bu tətbiqin ən yaxşı tərəfi reklamlardan uzaq olmasıdır. Konsept baxımından da çox adam olan bu tətbiqdə siz yalnız yaxın zamanda çıxacaq tətbiqlərin videolarına baxaraq xal toplayırsınız. Həm öyrənirsiniz, həm də qazanırsınız. Tətbiqi burdan yükləyə bilərsiniz.

4. Foap (Android, iOS)


Bu tətbiqin adı isə Foap olub, sizin telefonunuzun kamerasını istifadə edərək pul qazanmanızı təmin edir. İşiniz isə olduqca sadədir. Yalnızca şəkli çəkirsiniz və Foap adlı tətbiqi telefonunuza yükləyirsiniz. Əgər çəkdiyiniz şəkillər keyfiyyətli və maraqlıdırsa, onda Foap marketində müəyyən qiymətlə satılır. Hər foto 10$ olub, 5$-ı sizə çatır. Yaxşı tərəfi isə odur ki, limitsiz sayda satış imkanınız mövcuddur. Pul qazanmaq üçün yaxşı foto çəkiliş bacarığınızın olması üstünlük hesab oluna bilər. Tətbiqi iOS istifadəçiləri burdan, Android istifadəçiləri isə burdan yükləyə bilər