Altıncı hissiniz güclüdür? Mutant gen daşıyıcısı ola bilərsiniz!

615

ABŞ Beynəlxalq Sağlamlıq İnstitutuna bağlı Əsəb Pozğunluqları və İnsult İnstitutunda edilən araşdırmadan sonra altıncı hiss adlandırılan hissin PIEZO2 adlı genin mutasiyası nəticəsində ortaya çıxdığı bildirilib

9 və 19 yaşında, doğuşdan əsəb pozğunluğu olan iki gənc üzərində aparılan araşdırma nəticəsində sözügedən mutasiyalı genin səbəb olduğu hərəkət normal balans problemləri ilə digər duyğuları bərabərləşdirdiyi ortaya çıxıb.

 

Hüceyrələrdə yer alan PIEZO2 genləri, sinir sisteminin təmas hissini təmin edən genlər olaraq bilinir. Amma mutasiyaya uğradıqdan sonra bu prosesi yerinə yetirə bilmir. Araşdırmaçılardan biri olan Carsten G. Bönnemann, PIEZO2 genlərinin, sinir sistemində fərqli yollar istifadə etdiyini sübuta yetirdiyini bildirir.

Edilən araşdırmalar nəticəsində əldə olunan məlumatların, sinir sistemiylə əlaqəli narahatlığı olan insanlarda müalicə metodunun təyin olunmasına yardımçı olacağı bildirilir.