main-post-cover

    Amazon bəzi satıcıları məhkəməyə verib

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Elektronik ticarət sayəsində dünyada liderliyi ələ alan "Amazon" şirkəti, saxta rəylərlə məhsullarına qarşı tələbi artırmaq istəyən satıcıları məhkəməyə verməyə hazırlaşır.

    "Amazon" hər bir öndə gedən nəhəng şirkətlər kimi müştəri məmnuniyyətinə xüsusi qiymət verir. Müştərilərin şikayətlərini, geri qaytarma tələblərini hər zaman nəzərə alan şirkət bu sayədə satışları artırır.
    Amma təəssüf ki, bəzi satış işi həyata keçirən şəxslər alcıları paylaşdıqları saxta rəylərlə aldadırlar. Buna görə də şirkət ABŞ-da 2, İngiltərədə isə 1 satıcını məhkəməyə verməyə hazırlaşır. Bu satıcılar məhsulları haqda yalan və ya saxta incələmələr yayımlayırlar. Belə olduqda isə təbii ki, bütün alıcılar ən keyfiyyətli olan məhsulları almaq üçün bu rəyləri incələyirlər və bu onların yekun qərarına təsir edir.

    Bu isə yeni bir iş növü ortaya çıxmasına səbəb olur: Məhsullar haqda yalancı və ya saxta rəy yazmaq. Şirkət keçən il 1000 qədər istifadəçinin bununla bağlı şikayət ünvanladığını bildirib. Belə ki, bu istifadəçilər şirkətlərdən və ya satıcılardan məhsulları haqda müsbət rəylər yazması üçün pul təklifləri edirmiş.
    Maraqlı məqamlardan bir digəri isə freelancer iş təklifi edən veb saytlarında saxta rəy yazmaq üçün vakansiyalar mövcuddur və hər rəy və ya məhsul incələməsi üçün 1-2$ ödəmə edilir.
    "Amazon" məhkəməni qazandığı halda şirkətin nüfuzuna zərər verməsi ittihamı ilə satıcılardan milyonlarca dollar təzminat tələb edə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər