main-post-cover

    "Amazon", Biba-nı almaqla yeni bir işə imza atmağa hazırlaşır

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Amazon yeni bir sferada fəaliyyətə başlayacaq. Bu haqda Techcrunch məlumat verir.

    Şirkət bu yeniliyi Invent AWS konfransında noyabr ayının sonlarında təqdim edəcək.
    Mənbə BibaAmazon arasında əlaqəni vurğulayaraq Biba texnologiyasının və işçilərinin Amazonun bir hissəsi halına gəlməsi fikrinə diqqət çəkib. Başqa sözlə desək Amazon Biba-nı alınıb. Həmçinin bildirilir ki, Biba 2 patent alıb. Bunlardan biri video konfrans, digəri isə səs ötürülməsi ilə bağlıdır. Hər iki patent son iki il ərzində Amazon texnologiyasına transfer olunub.
    Hələki, Amazonun yeni texnologiyanı harda istifadə edəcəyi məlum deyil, amma verilən məlumatlara görə şirkət artıq demo versiyanı bəzi insanlara nümayiş etdirib.
    Burda Bibanın apardığı işlər diqqəti cəlb edib. Belə ki, Biba son zamanlar səssizliyini pozaraq AndroidiOS-da yeniliklər ediblər.
    Amazonun proqramlama və tətbiqlərə AWS (Amazon Veb Xidmətlər) üzərindən investisiya etməsinin məntiqi tərəfi mövcuddur. Artıq AWS bu sahədə müəyyən ticari satışlar həyata keçirib. Bunlara biznes üçün nəzərdə tutulan e-mail, təqvim xidmətlərinin daxil olduğu WorkMail və VMware, Parallels, Microsoft kimi ofis proqramları ilə rəqabət aparacaq xidməti olan WorkSpaces misal göstərmək olar.
     
    Biba hal-hazırda bir sıra IT xidmətlər təklif etməkdədir. Belə olan halda Amazonun gələcəkdə elektron ticarətdən əlavə IT sektorunda Microsoft kimi dünya nəhəngləri ilə rəqabətə girməsi istisna olunmur.
    Burda daha bir fikir öz əksini tapmaqdadır. Hansı ki, gələcəkdə Amazon, Biba-nı beynəlxalq məqsədlər üçün istifadə edilə bilər.
    Bibanın indiyədək 15 milyonadək investisiya aldığı vurğulansa da Amazon hələki, mövzu ilə əlaqədar münasibət bildirmir. Hətta bunun digər təstiqi olaraq bildirə bilərik ki, şirkət bu ay Amazon Prime Video Amazon Music Unlimited xidmətlərini bazara çıxaracağını və bu istiqamətdə aparıcı rol oynayacağını vurğulamışdı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər