"Amazon" da musiqi dünyasından geri qalmayıb yeni xidmətini təqdim edib

76

"Amazon" yeni xidməti haqda məlumat verib, hansı ki, bu yeniliyin Apple Music-ə rəqib olması gözlənilir.

Yeni xidmətin adı Amazon Music Unlimited adlanır. Şirkət yeni xidmətdə milyonlarla musiqi parçasının və yüzlərlə playlistin yer alacağını bildirib. Bundan əlavə şəxsi səhifənin dəstəklənməsi nəzərdə tutulur. Musiqi dinləmək üçün istifadəçilər Amazon Music-in yenilənmiş tətbiqindən və ya "ağıllı” Echo səsgücləndiricilərindən istifadə edə bilərlər.


"Amazon", Music Unlimited üçün xüsusi tarif planı da hazırlayıb. Belə ki, aylıq ödənişi 9,99$ olan xidməti, Amazon Prime abonenetləri 7.99$-a istifadə edə bilərlər. Eyni zamanda EchoTap cihazlarının sahibləri musiqi dinləmək üçün aylıq 3.99$ ödəməlidirlər.

Gələcəkdə "Amazon" həmçinin ailə büdcəsinə qənaət etmək istəyənlər üçün altı nəfərlik qrup üçün aylıq 14.99$ ödəniş tarixi tətbiq etməyi nəzərdə tutur.

Onu da qeyd edək ki, test mərhələsi üçün xidmət pulsuz təklif olunur.