main-post-cover

    "Amazon", digər online alış-veriş servisi Souq-u aldı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Dünyanın ən böyük online alış-veriş servisi olan Amazon, Yaxın şərqdə fəaliyyət göstərən digər online alış-veriş servisi Souq-u aldı.

    Məlumata əsasən müqavilənin, bu il ərzində bağlanacağı gözlənilir. Müqavilənin qiyməti və digər maliyyə məsələləri barədə məlumatlar açıqlanmayıb. Məlumata əsasən Souq, ilk öncə Amazon ilə öz səhmlərinin 30%-nin satışı barədə danışıqlar aparırdı. Lakin sonradan şərtlər dəyişdi və Souq servisinin tamamilə alınması qərarı verildi. Bir çox məlumatlara əsasən bu müqavilənin qiyməti 650 milyon dollar təşkil edir. Amazon-un vitse-prezidenti Russ Grandinetti bildirib ki, şirkət, Souq-a öz texnologiya ə resurslarını təqdim edəcək. Souq-un CEO-su Ronaldo Mouchawar isə öz növbəsində qeyd edib ki, Amazon sayəsində Souq öz məhsullarının çeşidliyi və onların çatdırılması imkanlarını daha üst səviyyəyə qaldıracaq. Qeyd etmək lazımdır ki. Souq, 2005-ci ildə Dubayda, Yaxın şərqin ilk online alış-veriş servislərindən biri kimi yaradılmışdır. Məlumata əsasən yarandığı gündən bu yana şirkət, 425 milyon dollar investisiya cəlb etmişdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər