main-post-cover

    Amazon e-ticarətdə liderliyi ələ almağa hazırlaşır

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Amazon çatdırma xidmətində yeniliyə imza atıb 

    Amazon artıq 40 yük təyyarəsinin lizinginə sahibdir. Şirkət müştəri məmnuniyyətini göz önünə alaraq çatdırılma vaxtını daha dəqiq yerinə yetirmək üçün bu addımı atıb. Bugün Amazon özünün ilk brendləşdirdiyi təyyarə, Amazon One-ı Seattle-da keçiriləcək Seafire Air Show-da, şirkətin sahib olduğu mərkəzi ofisdə istifadəyə verəcək. Həmçinin Boeing 767-300 və daha 10 təyyarənin birləşəcəyi bildirilir, hansı ki, başlanğıcda eksklüziv yükdaşıma olaraq şirkətə təyin olunmuşdu. Digər təyyarələrin isə zamanla uçuşa əlavə olunacağı bildirilir.
     

    Çatdırılmada dəqiqliyi ələ ala bilsə, Amazonun e-ticarətə liderlik edəcəyi gözlənilir. Qeyd edək ki, bir müddət əvvəl qısa məsafəli çatdırma xidmətində şirkət pilotsuz aparatlar istifadə edəcəyini bildirmişdi. Keçən həftə elan olunmuşdu ki, Böyük Britaniyanın nümayəndəsi ilə danışıqlarda ilk pilotsuz uçuş texnikası vasitəsilə çatdırılmanın məhz orda test ediləcəyi qərara alınıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər