main-post-cover

    Amazon ev asistantı Echo-ya görə problemlə qarşılaşıb

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Amazon dünyanın tanınmış şirkətlərindən biridir. Amma bəzən şirkət başqa problemlərlə gündəmə gəlir. ABŞ-da yaşanan bir cinayət indi də Amazon haqda yeni iddiaların ortaya çıxmasına səbəb olub.

    ABŞ-da törədilən cinayət hadisəsi Amazon-nun yeni problemlərlə üz-üzə qalmasına səbəb olub. Belə ki, polis hadisəni araşdırmaq üçün Amazondan kömək istəyib.
    Sözü gedən cinayət hadisəsi ABŞ-ın Arizona ştatında baş verib. Polis qadını öldürməkdə ittiham olunan sevgilisi haqda araşdırma aparır. İşin Amazonla əlaqəli tərəfi isə qadının evində ağıllı ev asistantı Echo cihazından istifadə etməsidir.
     
    Polis bu cihazın evdə daim səsləri dinlədiyini və baş verən hadisəylə əlaqəli səs yazmalarını Amazonun köməyilə əldə edə biləcəklərini iddia edir. Buna görə də polis Amazondan cinayət anındakı səs qeydlərini tələb edir. Amma şirkət bununla bağlı polisə kömək etməyəcəyini bildirib. Bu isə yeni iddiaların ortaya çıxmasına səbəb olub.
    Yeni iddialar Amazon Echo, Google Home, Apple SiriMicrosoft Contana kimi digital asistantların evlərdə və olduğu yerlərdə səslərin daima qeyd edildiyi fikrini ortaya çıxarır.
    Linki kopyala