main-post-cover

    "Amazon" hoverboarda görə məhkəməlik oldu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Amazon" son dövrlər istər satıcılara, istərsə də satdığı bəzi elektron avadanlıqlara görə problem yaşayır. Bir ailə Amazondan aldığı hoverboarda görə şirkətdən 1 milyon dollar tələb edir.

    Ölkəmizdə də çox məşhurlaşan hoverboardlar xaricdə yaşayan bir ailəyə çox ciddi maddi ziyan vurub. Übergizmo xəbər agentliyinin məlumatına görə, Nashvilleda yaşayan bir ailə "Amazon”dan hoverboard alıb və bir müddət sonra cihaz partlayaraq ailənin yaşadığı evin yanmasına səbəb olub. Əşyaları ilə birlikdə yanan ev üçün ailə 1 milyon dollar tələb edir. Həmin ərazidə yerləşən "Anderson & Reynolds" hüquq şirkətinə görə "Amazon” bu mövzuda təqsirləndirilə bilər. Çünki şirkət satdığı cihazların potensial təhlükə daşıya biləcəyini bilirdi. Bundan əlavə şirkət hoverboardların partlaması xəbərləri yayıldıqdan sonra onların geri verilməsində problem çıxarmayıb. "Amazon”un bu məhkəmədən cəza alıb almayacağı isə sual altındadır.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər