Amazon işçisi, şirkətin CEO-su Jeff Bezos-a məktub göndərərək intihara cəhd edib
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Bir çoxları Amazon və ya bunu kimi tanınmış şirkətlərdə çalışmaq üçün əlindən gələni edir. Amma bildirək ki, burda işləmək təsəvvür edildiyi qədər asan iş deyil. Belə ki, dünən Amazon işçilərindən biri intihara cəhd göstərib.
Xatırladaq ki, 2015-ci ildə Amazon bu cür
qalmaqalla gündəmə gəlmişdi. Amma şirkətin CEO-su Jeff Bezos tez bir zamanda vəziyyəti
ələ alaraq iddiaların yalan olduğunu bildirmişdi.
Amma dünən baş verən hadisə dünya
mediasının gündəmini zəbt edib. Verilən məlumata görə Amazon işçilərindən biri
özünü şirkətin Seattle-da yerləşən binasından yerə ataraq intihara cəhd edib.
Bu haqda məlumatı Bloomberq verib. Hadisə bazar ertəsi saat 8:45-də baş verib.
Polislər şəxsin xəstəxanaya vaxtında çatdırıldığını bildiriblər.
Bloomberq-in verdiyi məlumata görə adının çəkilməsini
istəməyən bir şəxs intihara cəhd edən işçinin şirkətin CEO-su Jeff Bezos və
onun köməkçilərinə məktub yazdığını bildirib. Məktubda o, ağır iş şəraitindən məlumat
verib. Digər mənbədə isə şəxsin işlədiyi departamenti dəyişmək üçün müraciət
etdiyi bildirilir. Amma onun bu müraciətinə cavab olaraq bildirilib ki, onu
işçi inkişaf planına daxil edəcəklər. Bu isə onun işi yerinə yetirmək üçün mümkün
bacarıqları olmadığını ifadə edir. Bundan əlavə məktubda işçinin şirkətə görə təəssüf
hissi keçirdiyi öz əksini tapıb deyə adının çəkilməsini istəməyən mənbə
bildirib.
Amazon nümayəndələri isə baş verən hadisədən
sonra mövzu ilə bağlı öz münasibətini bildirərək və onun sağalması üçün hər cür
dəstək göstərəcəklərini deyiblər.
Xatırladaq ki, bu hadisə yalnız Amazon
tarixində belə deyil. Hələ 2009-cu ildə Foxconn şirkətinin işçisi Sun Danyong iPhone
prototipinin yoxa çıxarılması əsas gətirilərək evində yoxlama aparılmış və o,
da bu hadisədən sarsıntı keçirərək intihara cəhd etmişdi. Digər Foxconn işçisi
isə işə başladıqdan 1ay sonra özünü fabrikin damından atmışdı.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!