main-post-cover

    "Amazon" saxta məhsullarla mübarizəyə başlayıb

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Apple” keçən ay Amazonun saxta mallar satması iddiası ilə məhkəməyə vermişdi. Hətta bəzi brend şirkətlər məhsullarının Amazonda satışını dayandıracağını bildirmişdi. Bundan əlavə istifadəçiləri aldatmaq üçün yalancı rəylərin paylaşılması da Amazonu faktlarla bağlı hərəkətə keçməyə məcbur etdi.

    Saxta malların Amazonda satışı həm müştəriləri narahat edir, həm də brend şirkətlərin əməkdaşlıqdan uzaqlaşmasına səbəb olurdu. Təbii ki, online ticarətdə edilən alış-veriş digər ticarət növündən fərqli olaraq daha çox diqqət tələb edir. Bu mövzuda həm şirkətlər, həm də müştərilərin məlumatlı olması vacib şərtdir.
    Amazon indiyədək müştəriləri aldatmaq məqsədilə verilən rəyləri silməkdə davam edir. 32.000 məhsula aid 35 milyon Amazon rəyini analiz edən ReviewMate-un məlumatına görə şirkətin sildiyi rəylərin ümumi sayı 500.000-i keçib. Bu rəylərin ortalama qiymətləndirməsi 4.75 bal təşkil edir.
     
    Amazonda rəy bildirilən məhsullara verilən balın ortalaması isə 4.36 olaraq qiymətləndirilir. Belə rəylərin yalan və ya doğruluğunu təyin etmək üçün "Təstiqli alıcı” etiketi əsas götürülüb.
    Bu işdə Amazona əsas kömək edən amil süni zəka olub. Xatırladaq ki, Amazon belə faktları izləmək üçün machine learning əsaslı sistem haqda keçən il məlumat vermişdi. Amazonun yalancı rəyləri belə tezliklə aradan qaldırması sistemin normal iş prinsipindən xəbər verir. Bundan əlavə gələcəkdə Amazon brend şirkətlərdən təstiq alacağı satıcılarla işləmək niyyətində olduğunu bildirib. Bu isə saxta məhsulların satışının qarşısını almaq anlamına gəlir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər