"Amazon" yeni xidmətin təklifinə hazırlaşır

192

"Amazon" yeni işə addım atmaq niyyətindədir. Artıq Amazon yeni xidmət təklifinə start verib.

"Amazon”, işləyən şəxslər üçün yeni xidmət təklif etməyə hazırlaşır. Belə ki, evində təmizlik işi aparan şəxslərə ehtiyacı olanlar Amazon Prime abunəliyi sayəsində bu xidməti verən insanlar kirayələyə biləcəklər.

"Amazon" hələki, bu haqda heç bir rəsmi məlumat verməsə də şirkətdən sızan xəbərlər bunu deməyə əsas verir. Bundan əlavə "Amazon"un son vaxtlar bu sahə üzrə işçi axtarışı elanları verməsi də bu məlumatları təstiqləyir.

Əslində bu vəzifə üzrə müraciət edən şəxslər sadəcə evin təmizliyindən cavabdeh olmayacaq. Belə şəxslər bir növ evin asistantı rolunu oynayacaq. Yəni evin bütün işləri həmin şəxsin üzərinə düşür. Belə demək mümkünsə ev asistantlığı edən şəxs həm təmizliyə, həm də evin digər işlərinə cavabdeh olacaq. Verilən xidmətin hansı ərazilərdə keçərli olacağı haqda tam məlumat verilmir. İş elanı isə hələ ki, ABŞ-ın Seattle bölgəsində aktivdir. Bölgənin belə seçimi də təsadüfi xarakter daşımır. Belə ki, bu əyalətdə çalışanların çoxluq təşkil etməsi buna şərait yaradıb.

Amazon Prime xidməti bu yenilikdən istifadə edənlərə bəzi xidmətləri pulsuz və ya uyğun qiymətlərlə verməyə şərait yaradır. Buna misal olaraq, Stream TV istifadəçiləri bu xidmətə görə pul ödəmir, Amazondan aldıqları məhsullarda endirim əldə edir və çatdırılma belə şəxslər üçün daha tez həyata keçirilir.

Yeni xidmətdə çalışacaq olan şəxslərin bütün siğortamaaşları "Amazon” tərəfindən ödənsə də, ev xidmətləri üçün uyğun günlük, həftəlik  aylıq qiymətlərlə kiralana biləcəklər.