Amerikada yerləşən Türkiyə startapı WeSnap, Fransız oyun şirkəti Akkad tərəfindən satın alındı
Digər
07.05.2017
Farid Pardashunas
Türkiyəli Gökhan Çeliker-in CEO-su və qurucusu olduğu iOS telefonlar üçün şəkil
paylaşım tətbiqi WeSnap, Fransız mobil oyun və tətbiq şirkəti Akkad tərəfindən satın alındı.
2015-ci ildə təqdim edilən WeSnap, iki yarımçıq şəkli birləşdirməsi
ilə diqqətləri çəkən bir tətbiq idi və təqdim edildiyində ProductHunt-da günün ən
çox səs verilən tətbiqi olmuşdu. WeSnap, aradan keçən 1.5 ildə ayaqda qalmağı bacarmış
və rəsmi bloqunda paylaşılan məlumata görə Akkad adlı Fransız şirkət tərəfindən
satın alınıb.
WeSnap-ın
bloq yazısında paylaşdıqları yazıda, tətbiqin hazırlanmasında 20 nəfərin əməyinin
olduğu deyilir və həm komandaya, həm də istifadəçilərə təşəkkür edilir. Satın
almanın hansı məbləğdə reallaşdırıldığı və istifadəçi sayı kimi hər hansı bir rəqəm paylaşılmayıb.
Qeyd
etmək istəyirik ki Akkad, Fransada yerləşsə də ABŞ və Bolqarıstanda da ofislərinin
mövcud olduğu bir texnologiya şirkətidir. Beləki şirkət, iOS, Android və Windows
Phone ağıllı telefon və planşetləri üçün oyunlar hazırlayır və hazırda sahibi
olduğu Html5.com-u təqdim etməyə hazırlaşmaqla məşğuldur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)