Amerikalı aktyor, Facebook Canlı yayım əsnasında intihar etdi!
Sosial Media
07.05.2017
Farid Pardashunas
ABŞ vətəndaşı aktyor, model, rəqqas Jay Bowdy, Facebook-un canlı yayım xüsusiyyətindən istifadə etdiyi əsnada intihar etdi.
33 yaşındakı aktyor, model və rəqqas Jay
Bowdy, Facebook-un canlı yayım xüsusiyyətini istifadə etdiyi əsnada intihar etdi. Polisə verilən xəbərlərin ardından Bowdy-nin evinə gələn polis əməkdaşları,
aktyorun cansız bədənini tapdı.
İntihar videosunu silən Facebook, mövzu ilə
bağlı olaraq "İnsanların Facebook-da təhlükəsizliyini təmin etmək məsuliyyətini
qəbul edirik və sıxıntıda olan insanlara kömək etmək üçün dünya səviyyəsində
bir çox təşkilatla çalışırıq” şəklində bir açıqlama verdi.
Bowdy-nin canlı yayımda intihar etməsini izləyənlər
arasında olan bir nəfər isə `Səsi, acısı, göz yaşları, dediyi hər şey... tətiyi
çəkdiyi anda çıxan səs məni yerlə bir etdi. O səsi heçbir zaman unutmayacağam`
ifadələrini səsləndirdi.
The Island, Big Brother kimi reality show-larda iştirak edən Jay Bowdy-nin ötən
həftə cinsi hücum ittihamı ilə həbs olunduğunu, 100 min dollar kəfalət
qarşılığında sərbəst qaldığını bildirildi.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək