main-post-cover

    Ana dili İngiliscə olan Futbolçu, Başına aldığı zərbədən sonra İspan dilində danışmağa başladı!

    07.05.2017
    Farid Pardashunas

    Ana dili İngilis dili olan 16 yaşındakı ABŞ vətəndaşı Ryuben Nsemoh, oyun zamanı qapıçılıq edərkən başına aldığı zərbədən sonra İspan dilində danışmağa başlayıb.

    ABŞ-ın Corciya ştatında yaşayan və İngilis dilli olan Ryuben, başına aldığı zərbədən sonra komaya düşdü. Bir neçə gün sonra komadan çıxan gənc, sərrast bir şəkildə və İspanlara məxsus ləhcə ilə İspan dilində danışmağa başladı.
    Başına aldığı zərbədən sonra bir neçə dəfə nəfəsi kəsilən və xəstəxanaya aparılan 16 yaşındakı futbolçu, 3 gün komada qaldı. Özünə gəldikdən sonra həyatı boyu İspan dili dərsi belə almamış olmasına baxmayaraq bu dili səhvsiz, təmiz şəkildə danışmağa başladı.
    Aradan bir neçə gün keçdikdən sonra ana dili İngilis dilini təkrar xatırlayan idmançının İspan dili qabiliyyəti bundan sonra yavaş-yavaş korlanmağa başlayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər