Analarının onlardan hər gün soruşduğu sualdan ilhamlanaraq, 100 Milyon dollarlıq şirkət qurdular!

6698

100 Milyon dollarlıq şirkət sahibi qardaşlar, uğurlarını analarının hər gün soruşduğu bir suala bağlayırlar.

1994-cü ildə, Bert və Con Ceykobs qardaşlarının, Həyat Gözəldir (Life is Good) adlı şirkəti qurmaq fikri ilə həyatları çox dəyişdi. Fikir, öz dizaynlarına sahib köynəklər istehsal edib satmaq idi. Qardaşlar özlərinə məxsus dizaynlarda köynəkləri Boston küçələrində illərlə bir mikroavtobusun arxasında satmağa başlayaraq hazırda milyon dollarlıq bir şirkətə çevirdilər. Anaları Joan-ın oğullarına dediyi: "Həyatda sadəcə gözəl şeylərə fokuslanın, başqa şeylərə deyil!” sözü olmasa idi çox gümanki bu uğuru heç vaxt əldə edə bilməyəcəklərdi!

Con və Bert, 6 uşaqlı, gənc, orta gəlirli bir ailənin içində böyümüşdülər. Qardaşlar ibtidai sinifə gedərkən valideynləri qorxunc bir avtomobil qəzası keçirdirlər və bu qəza nəticəsində anaları cüzi yaralarla qurtulsa da ataları çox ciddi xəsarət alır və sağ əli iflic olur. Bu tragediyadan sonra atalarının xasiyyəti dəyişir və dayandığı yerdə əsəbləşən və əsəb krizlərinə girən bir şəxsə çevrilir.

Bütün bu problemlərə baxmayaraq anaları, həyatın gözəl olduğu inancını heç vaxt əlindən buraxmayıb. Hər gün axşam yeməyinə oturduqlarında uşaqlarından "Bu gün başınıza gələn gözəl şeylər nələrdir?”sualını soruşardı. Analarının bu sadə yanaşması otaqdakı bütün abu-havanı dəyişdirməyə kifayət edirdi. Bu formada bütün ailə üzvləri başlarından keçən maraqlı və gözəl şeyləri danışardılar. Problemlər yerini xoşbəxtliyə ötürər, masada sevinc gülüşləri yüksələrdi.

5 il boyunca mikroavtobus arxasında köynək satışları sonrasında bank hesablarında sadəcə 78$ var idi. Lakin ümidlərini üzmədilər. Qardaşların Life is Good adlı şirkətləri bugün 100 Milyon dollarlıq bir işdir. Onlara görə bu uğurun arxasında, analarının onlardan hər gün soruşduğu o sual dayanır.

"Bugün başınıza gələn gözəl şeylər nələrdir?”

"Həyat gözəldir” şüarı ilə bir çox insanın qəlbini qazanan şirkət, il sonunda dünyanın müxtəlif yerlərində 87.000 köynək satmağı bacardı. Hazırda öz dizaynlarına sahib köynək, papaq və daha bir çox məhsulları ilə 100 milyon dollar dəyərində bir şirkətə sahibdirlər.

Bert və Con qardaşları, analarından müsbət olmağın hər gün etməli olduğumuz bir seçim olduğunu öyrəndiklərini deyirlər.

Buna görə də bugün, dünya üzrə minlərlə mağazada satılan köynəklərin çoxunda "Həyat gözəldir.” şüarı yer alır.