main-post-cover

    Android 7.0 Nougat-ın ilk yenilənmə tarixi bilindi!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Android-in ən son versiyası Android 7.0 Nougat-ın yenilənəcəyi ilk tarix ortaya çıxdı. Yenilənmə bəzi Nexus modellərə 22 avqustda gələcək.
    Android istifadəçilərinin şübhəsiz ki, ən böyük dərdi sistem yenilənmələridir. "Google" öz cihazları xaricində başqa bir Android telefon istifadəçiləri həyəcanla Androidlərinin nə vaxt yenilənəcəyini gözləyərkən, Nexus cihazlar üçün Android 7.0 Nougat yenilənməsinin tarixi ortaya çıxdı.
    Kanadalı bir operator vasitəsi ilə ortaya çıxan məlumatlara görə, hərkəsə açıq ilk Android 7.0 yenilənməsi, 22 Avqust 2016 tarixində Huawei Nexus 6P və LG Nexus 5P modelləri üçün təqdim ediləcək. Bu cihazlardan sonra növbə Android One platformasındakı cihazlar üçündür.

    Digər modellərin yenilənmə tarixləri bilinir mi?
    Hələki şirkətlər yenilənmələr haqqında məlumat verməsələr də, 2016 ili bitmədən Samsung Galaxy Note7, Galaxy S7 Edge, Galaxy S7, LG G5, LG G5 SE, HTC 10, HTC One M9, Sony Xperia X Performance, Xperia X, Xperia XA, Huawei P9 və Mate 8 kimi bəzi məşhur smartfonların Android 7.0 Nougat yenilənməsini alması gözlənilir. Təbii ki, bu modellərdən başqa bir çox digər cihazlarda yenilənməyə sahib olacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər