main-post-cover

    Android əməliyyat sistemli Nokia telefonlarının təqdimat tarixi açıqlandı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Bir çoxları Nokia markalı smartfonların nə zaman satışa çıxarılacağını səbirsizliklə gözləyir. Bir müddət əvvəl yeni telefonun 2017-ci ildə satışa çıxarılacağı haqda məlumat öz əksini tapırdı. Artıq "Nokia"nın yeni smartfonunun çıxış tarixi haqda dəqiq məlumat öz əksini tapıb.
    Finlandiya şirkəti, Mobile World Congress 2017 (MWC 2017) tədbirində ilk ağıllı telefonunun nümayiş etdirəcəyini açıqlayıb. Yeni model Nokia telefonlarını növbəti 10 il ərzində HMD Global adlı şirkət tərəfindən istehsal olunacaq. Yeni Nokia-lar 28 fevralda MWC 2017 tədbirində tanıdılacaq.
    HDM Global MWC 2017-də yer almasının tək səbəbi ağıllı telefon tanıtımı etməsiylə əlaqəlidir.
    Xatırladaq ki, artıq bir müddətdir Nokia DC1-in görüntüləri sızdırılmaqdadır. Beləliklə, verilən məlumatlara əsasən Nokia DC1-in texniki xüsusiyyətləri belədir. AnTuTu-ya görə cihaz Adreno 505 GPU, 3 GB RAM, 8 nüvəli Qualcomm Snapdragon 430 MSM8937 prosessor, Full HD 1080p ekran xüsusiyyətləri, 32 GB daxili yaddaş, 13 MP arxa, 8 MP ön kameraya sahibdir.
    Beləliklə, indiyədək sızdırılan Nokia DC1-in görüntüsü belədir:

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər