main-post-cover

    Android-in yeni versiyası necə adlanacaq?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Android əməliyyat sisteminin növbəti versiyası, məşhur Oreo şirniyyatının şərəfinə adlandırıla bilər.

    Bu cür ehtimala, Android, ChromecastChrome OS üzrə vitse-prezident Hiroshi Lockheimer işarə edib. Belə ki, o öz Twitter hesabında Oreo tortunun fotosunu paylaşıb. Daha sonra o, Pocky şirniyyatının fotosunu paylaşıb və onda 2018 hashtag-nı qeyd edib. Beləliklə Lockheimer, 2018-ci ildə Android-in necə adlanacağına işarə edib. Lakin bir şeyi nəzərə almaq lazımdır ki, Lockheimer daha əvvəllər də Android üçün müxtəlif adlar paylaşırdı. Nəticədə isə həmin adlardan heç biri istifadə olunmamışdır. Bununla yanaşı əməliyyat sisteminin hazırlanma prosesindəki adı ilə onun final adı da fərqlənə bilər. Gözlənildiyi kimi Android-in yeni versiyası, 17-19 May tarixlərində keçiriləcək Google I/O 2017 tədbirində təqdim olunacaq.
    Linki kopyala