main-post-cover

    Android O-nun (Oreo) təqdimat tarixi bəlli oldu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Google”şirkəti, developerlər üçün keçiriləcək Google I/O konfransının zamanını anons edib.

    Sözügedən tədbirin əsas mövzusu, Android 7.0-ın davamçıxı olacaq Android O əməliyyat sisteminin təqdimatı olması gözlənilir. Google I/O konfransı, şirkətin öz yeni servislərini təqdim etdiyi xüsusi tədbirdir. Məsələn keçən ilki tədbirdə Android Nougat, yeni mobil əməliyyat sistemi üçün virtual reallıq platforması, Allo messenceri, Google Assistant, Google Home, Google PhotoDuo adlı videozəng servisi təqdim etmişdi. Bu ilki tədbir 17 May 2017-ci il tarixində start götürəcək və 3 gün davam edəcək. Tədbirin birinci günündə ənənəvi "Google” yeniliklərinin təqdim olunacağı gözlənilir. İlk sırada təbii ki, Android O durur. Yeni əməliyyat sisteminin adının açılışının Android Oreo və ya Oatmeal Cookie olacağı düşünülür. Mütəxəssislərin fikrincə həmçinin tədbirdə Chrome OS-in yeni imkanları barədə danışılacaq və digər sahələrdə yeni məhsullar təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər