main-post-cover

    Android və iOS istifadəçiləri nə ilə fərqlənirlər?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Android və iOS istifadəçiləri arasında mübahisələr səngimək bilmir.

    Belə ki, onlar hər biri dünyanı fərqli şəkildə görürlər. Bunu İngiltərədəki Lankaster Universitetinin psixoloqları da təsdiq ediblər. Mütəxəssislərin sözlərinə görə seçilmiş bu və ya digər platforma insanın şəxsiyyətı haqqında bir çox məlumat verə bilər. 500 istifadəçinin sorğusu nəticəsində məlum olub ki, orta statistika üzrə iOS istifadəçiləri Android istifadəçilərdən daha cavandırlar və onların arasında qadın istifadəçilər çoxluq təşkil edir. Çox halda onlar ekstraventlərdi (psixoloji hal). Mütəxəssislər qeyd ediblər ki, iPhone istifadəçilərinin çox hissəsi öz cihazlarının sayəsində cəmiyyətdə müəyyən statusa sahib olduqlarını düşünürlər. Buna baxmayaraq "Apple” məhsullarının pərəstişkarları üçün fərqi yoxdur ki, hansı iPhone modeli hal-hazırda dəbdədir. Onların fikrincə iPhone həmişə dəbdə olur.
    Android istifadəçiləri isə yaşca daha böyükdürlər və onların arasında kişilər üstünlük təşkil edirlər. Onlar daha vicdanlı və güzəştə gedənlərdi. Lakin öz məqsədlərinə çatmaları üçün onlar qaydaları pozmağa hazırdırlar. Zənginlik və cəmiyyətdə yüksək statusa sahib olmaq onlar üçün iPhone istifadəçilərindən fərqli olaraq önəmli deyil. Sonuncu statistikalara əsasən Android və iOS, smartfon bazarının 99.1%-ni təkil edir. 1%-dən aşağı pay nisbəti isə digər sistem təminatlarının üzərinə düşür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər