main-post-cover

    Androidin Yaradıcısından Yüksək Səviyyə Ağıllı Telefon Gəlir!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Sektora yeni bir cihaz daxil olur. Həm də bu smartfonun arxasındakı şirkət olduqca sağlamdır!

    Mobil cihazlar mövzusunda hətta tarix yaza biləcək bir cihaz, Android Inc.-in qurucularından olan Andy Rubin-in rəhbərliyi ilə hazırlanacaq. Şirkətləri Google tərəfindən 2005-ci ildə satın alındığında Rubin, Google tərkibinə qoşulmuş və 2013-cü ilə qədər Mobil və Rəqəmsal Məzmunlar üzrə Rəhbər Köməkçisi vəzifəsində çalışmışdı. 

     
    Daha sonra Essential Products Inc.-i quran başlayan Rubin, bu şirkət ilə birlikdə ağıllı telefon sektoruna daxil olur. Bu addım uğurlu olarsa şirkətə məxsus ilk ağıllı telefon bu ilin ortasında təqdim ediləcək.
    Essential sadəcə ağıllı telefon deyil, planşet və cihazları üçün proqramlar da hazırlayacaq. Bunu da bildirək ki, Essential-ın mobil cihazı sektora çox fərqli bir hava qatıb ciddi formada damğa vura bilər. Bunun səbəbi isə şirkətin 40 nəfərlik mobil cihaz komandasını Apple Google-dan toplamış olmasıdır.

     
    Şirkətin daha əvvəlki prototip cihazlarında iPhone 7 Plus-dan belə daha böyük, çərçivəsiz ekran və keramika arxa gövdə kimi xüsusiyyətlər görülmüşdü. 
    Essential bundan əlavə Apple-ınkına bənzər 3D-Touch xüsusiyyəti və maqnit şarj ilə enerji toplayan aksessualar üzərində də işləyir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər