main-post-cover

    "AngelList", "Product Hunt"ı satın aldı!

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Startaplara investor tapmaqlarında köməkçi olan şirkət "AngelList", "Product Hunt"ı satın aldı. "Product Hunt" insanların öz məhsul və xidmətlərini digər insanlarla paylaşmaqlarına və yeni məhsullar haqqında məlumat əldə etmələrinə şərait yaradan şirkətdir.

    Satış qiyməti 20 milyon dollar olaraq qeydə alınan "Product Hunt"ın qurucusu Ryan Hoover razılaşma şərtlərini paylaşmaqdan çəkinib və sadəcə olaraq şirkətin bundan sonra "AngelList"in tərkibində fəaliyyət göstərəcəyini bildirib. Bu razılaşmanın startap ekosisteminə böyük xeyir verəcəyini vurğulayan Ryan Hoover bu barədə məlumatı şəxsi Medium blogunda paylaşıb.

    Bir Y Combinator şirkəti olan "Product Hunt", bugünə qədər 7.1 milyon dollar investisiya alımışdı. Qısa müddət ərzində startapçılar arasında yeni startapları kəşfetmək adına vacib bir mənbə olmağı bacarmışdı. Təqdimatından qısa müddət sonra məhsul siyahılarını həyata keçirdən "Product Hunt", daimi siyahıları ilə bugün startup ekosisteminin ən vacib müraciət nöqtələri arasında yer alırdı. 

    Yeni startapların toxum və ilk tur investisiyalarını onlayn olaraq toplamasına şərait "AngelList" üçün çox faydalı olacağını düşündüyümüz "Product Hunt"ın, platforma ilə necə bir inteqrasiya yaradacağını irəlidəki vaxtlarda görəcəyik.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər