drzeka zeka kartları

Anonymous hacker qruplaşması Deep Web-ə böyük zərbə endirdi

08.05.2017 0 PAYLAŞIM 16336 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Anonymous, Deep Web-ə aid saytları vurdu!

Məşhur hacker qruplaşması Anonymous, ötən günlərdə, onion əlaqəli 10.000 internet saytını hack etməyi bacardı. Tək bir hücumla minlərcə saytı hack edən hackerların üsulu olduqca maraqlıdı. Deep Web, artıq keçmişdəki kimi əl çatmaz və ya təhlükəsiz bir yer deyil. Tor şəbəkəsinin NSA tərəfindən izlənə bildiyi şaiyələri, və  ard-arda FireFox qaynaqlı boşluqlar səbəbilə təhlükəsizlik problemləri yaşayan Deep Web, bu səfər zərbəni Anonymous-dan aldı. 2 gün əvvəl təxminən 10.000 onion əlaqəli saytı hack etməyi bacaran hackerlar, Anonymous qruplaşmasından olduqlarını bildirdilər. Hack etdikləri bütün saytlarda eyni bir mesajı yayımlayan hackerlər, boşluğun hostinq firması qaynaqlı olduğunu açıqladılar. "Freedom Hosting II” adlı hostinq firmasının private key olaraq bilinən, gizliliyi çox vacib olan şifrələmə açarlarının da oğurlandığını bildirən hackerlar, sistemə fidyə virusu yaymağı da unutmadılar. Sadəcə hostinq firmasına deyil, hack etdikləri bütün saytlara fidyə virusu yerləşdirən hackerlar sayt başına 100$ məbləğində pul tələb edirlər. Deep Web-in təxminən 20%-ni hack etməyi bacaran hackerlar əgər məlumatları FBI–ya təqdim edərsə Deep Web çox daha böyük yaralar ala bilər.