main-post-cover

    Anonymous qrupundan İŞİD\'ə daha bir zərbə!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Dünyaca məşhur, heç kəsin kimlikləri barədə kiçik məlumatı belə olmayan Anonymous qrupu İŞİD'i dəstəkləyən saytlardan birini hacklayaraq, mesaj yerləşdirib. Onların dağıtdığı sayta daxil olduqda ekran əvvəlcə qaralmağa başlayır və ekrana "Daha çox İŞİD" kimi bir mesaj çıxır. Daha sonra mesajda bunlar yazılır: Diqqət! İŞİD sıralarında indi çox adam var. Xahiş edirik, bu linkə daxil olmaqla bizə yeni struktur yaratmağa kömək edin. Beləcə sizin sıralarınıza daha çox insan vermiş olacağıq. Saytın aşağısına endikdə "Daha çox İŞİD" adlı yazı qarşımıza çıxır və link kimi başqa səhifələrə bağlanır. Həmin linkə daxil olduqda sizi internetin ən qaranlıq dünyasına, bitcoinlərlə alış veriş edilən yerə, bir çox xaker qruplarının olduğu yerə - Deep Web'ə aparır. Bu reklama tıklamağa başqa səbə isə online narkotik vasitələrin satışının təklif olunmasıdır. Bunların içində Prozac və Viagra da var.
    Bu linkə tıkladıqdan sonra anlaşılır ki, əslində Anonymous qrupunun məqsədi onları tələyə salaraq yerlərini, kimliklərini, məlumatlarını aşkarlamaq və deşirfrə edərək zərbə vurmaqdır. Onları tələyə salmaq üçün bir çox səhifələrin qeyri-rəsmi versiyaları məhz Deep Web'də yaradılıb. Bununla da böyük kütlənin kimliklərini ortaya çıxarmaq məqsədi güdülür.
    Bəzi bloggerlərin verdiyi açıqlamalara görə, artıq İŞİD Deep Web'ə üz tutmağa başlayıb. Çünki sıralarında olanların texnologiyadan az anlaması onları daim ələ verir. Amma Deep Web'ə üz tutduqda, burada qrupların sayı və insanların kimlər olduqları qeyri müəyyən olduğu üçün daha asan hərəkət edə biləcəklər. İŞİD dəstəkçiləri burada anonim qalacaqlarına inanırlar.
    Amma bu yerdə onu da qeyd edək ki, Anonymous onlara "müharibə" elan etmiş, harada olsalar belə onları tapıb məhv edəcəklərini söyləmişdi. Məhz bundan sonra qrup 1000-ə yaxın İŞİD'çinin sosial şəbəkə hesablarını ələ keçirərək onların kimliyini açıqlamışdı. Görünür, İŞİD Anonymous qrupu ilə "kibermüharibə"yə girmək istəyir, amma bu qrup qarşısında uğurlu olacağı şübhə altındadır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər