"Apple", 300$ dəyərində "Designed by Apple in California" adlı kitabını satışa çıxarır

269

"Apple” özünün "Designed by Apple in California” adlı kitabının satışa çıxmasını anons etdi.

Bu kitabda şirkətin son 20 il ərzində satışa çıxartdığı ən mühüm məhsullarının fotoları yer alıb. Bura 1998-ci ildə təqdim olunmuş iMac-dən tutmuş Apple Pencil-ə qədər olan məhsullar daxildir. "Technote.az"ın "Apple"a istinadən verdiyi xəbərə əsasən kitabda məşhur fotoqraf Andrew Zuckerman tərəfindən çəkilmiş 450 foto var. Kitabın əvvəlində "Apple”ın baş dizayneri Jonathan Ive qeyd edib ki, bu kitab dizaynerlər komandası, yaradıcılıq axtarışı və ya məhsul istehsalı haqqında deyil. "Kitab bizim işimizi, bizim dəyərlərimizi, bizim nə uğrunda mübarizə apardığımızı və nəyə nail olmaq istədiyimizi təsvir edir” – deyə Jonathan Ive qeyd edib. Müəlliflərin sözlərinə görə bu kitab dizaynla bağlı bütün sahələrdə təhsil alan tələbələr üçün yaxşı vəsait ola bilər. Pərəstişkarladan başqa kitab, 1998-ci ildə nəşr edilmiş "Appledesign: The Work of the Apple Industrial Design Groupkitabına sahib kolleksiyaçılara mda maraqlı ola bilər. Həmin kitab şirkət məhsullarının 400 rəngli fotosundan ibarət idi və qiyməti 30$ təşkil edirdi. Yeni kitab bir qədər baha olacaq. "Designed by Apple in Californiaböyük və kiçik ölçülərdə 300$-200$qiymətlərində təqdim olunacaq.