Apple-a yaxın YouTube kanalından bütün detalları ilə iPhone 8 videosu!
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
iPhone 8 həyəcanı texnologiya dünyasını əhatə etmişkən hər kəsdən bir səs çıxır və yeni dediqodular artmağa davam edir. Məşhur Apple-Texnologiya youtube kanalı EverythingApplePro, paylaşdığı bir videoda dediqoduları dəyərləndirdi və öz təxminlərini ortaya atdı.
iPhone 8-in dizaynının necə olacağı hər kəs üçün müəmmalıdır.
Dediqodular hələ isti-isti ikən, EverythingApplePro adlı məşhur texnologiya
kanalı, yeni çəkdiyi bir videoda öz təxminləri ilə texnologiya dünyasındakı
dediqoduları qarşılaşdıraraq müzakirə etdi. Ən çox üzərində dayanılan "tamamilə
şüşə korpus, gizli home düyməsi, kənardan kənara ekran, uzaqdan şarj” kimi
mövzulara toxunulan videoda; yeni iPhone-un dizaynında yerə düşmək, suya
düşürülmək kimi vəziyyətlərin də diqqətə alınacağı vurğulanır.
EverythingApplePro-nun müzakirə etdiyi dediqodularda iPhone 8-in, iPhone 4 və 4s-dən ilham alınaraq, cüt şüşə panelli olaraq dizayn
ediləcəyi məlumatı var. Ancaq kanal buna inanmır. Hər nə qədər bu dizaynı bəyənsə
də bazara çıxarılacaq dizaynın Galaxy S7-dəki kimi curved ekrana sahib
olacağını irəli sürür. Videoda cihazın, kənardan kənara ekran texnologiyasına
sahib olmayacağı iddia edilir, bunun səbəbini isə Apple-ın yeni hazırlanan
texnologiyaları cihazlarında istifadə etmək istəməməsi ilə əlaqələndirir. Qəbul
edək ki, biraz pozulsa da Steve Jobs-un gətirdiyi mükəmməllik standartlarına hələ
də şirkət tərəfindən əməl edilir.
Ekranın OLED və 5.8 inç olacağı bildirilir. Kanal,Wireless şarjın iPhone 8
ilə gəlməyəcəyini iddia edərkən, şirkətin stratejik sənədlərindən etdiyi
investisiyalara və siyasətlərinə qədər bir çox sübut irəli sürür. Ancaq bir iPad
vasitəsilə wireless şarj
xüsusiyyətinin mütləq gələcəyini vurğulayır. Videonu aşağıdan izləyə bilərsiniz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)