"Apple" bir çox iPhone 6 modellərini batareya nasazlığına görə geri çağırır

129

Batareya probleminə görə bəzi iPhone 6 modelləri geri çağırılaraq yenisiylə dəyişdirilə bilər.

iPhone 6s-də yaranan və az sayıda cihaza təsir edən batareya probleminin eynisi bəzi iPhone 6 modellərində də yarana biləcəyi deyilir. Ötən aylarda iPhone 6s modellərində batareya problemi olduğu aşkar edilmiş və "Apple” bəzi iPhone 6s modellərini batareya problemi yarana biləcəyi ehtimalı ilə geri çağıraraq ödənişsiz olaraq yenisiylə dəyişdirmişdi. "Apple”a yaxınlığı ilə bilinən "Macotakara” bloqu,  ödənişsiz dəyişdirmə proqramının iPhone 6-nı da əhatə edəcəyini söyləyir.

Bloqda deyilənlərə görə bəzi iPhone modellərində batareya problemi özünü göstərməyə başlayıb. Bəzi modellərdə görülən öz-özünə kapanma ya da batareya ömrünün birdən bitməsi kimi halları, iPhone 6-nın iPhone 6s –də olduğu kimi ödənişsiz batareya dəyişdirmə proqramına daxil edilə biləcəyi deyilir. iPhone 6S-də olduğu kimi az sayıda iPhone 6 modellərinə təsir edəcəyi düşünüldüyü bu hadisəylə bağlı "Apple” tərəfindən hələki rəsmi açığlama yoxdu. Qarşıdakı günlərdə bu mövzuyla bağlı açığlama verib verməyəcəyini birlikdə görəcəyik.