main-post-cover

    "Apple" cihazının üzərində yeməklər təqdim edən restoran

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Amerikanın məşhur restoranlarından birində iPad cihazından bəlkə də ən maraqlı istifadə növünü tapıblar.

    Belə ki, sözügedən restoranda yeməklərdən biri, iPad üzərində müştərilərə təqdim olunur. San Fransiskoda olan Quince adlı restoran çox məşhurdur. Bu ilin əvvəlində o həmdə 3-cü Mişlen ulduzunu almışdır. Bu isə bir film ulduzu üçün Oscar mükafatı nədirsə, baş aşpaz üçün də odur. Lakin buna baxmayaraq restoran, cavanlardan ibarət auditoriyanı özünə cəlb etmək istəyib. Görünür digər maraqlı ideya olmadığından restoran müdiriyyəti bu cür addım atıb. iPad üzərindən yemək yeməyin rahat olmaması ilə yanaşı həmdə bununla bağlı bir sıra suallar yaranır. Müştəri gedəndən sonra iPad-lər ilə nə edirlər? Onları lazımsız əşya kimi atmaq yersiz olardı. Lakin sanitar norma, yeməkdən sonra iPad-ləri yumaq qaydasını təyin edirsə iPad-lər necə yararsız hala düşmürlər? Və ən əsas sual. Yerli səhiyyə nazirliyi bu barədə nə düşünür?
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər