main-post-cover

    "Apple" ən bahalı iPhone modeli üzərində çalışır

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "FastCompany” şirkətinin mütəxəssisləri güman edirlər ki, növbəti iPhone modeli keçmiş modellərdən baha olacaq.

    Onun güman olunan qiyməti isə 1000$-dan çox olacaq. "Apple”a yaxın olan mənbələrin verdikləri məlumata görə yeni çıxacaq iPhone, inqilabi dizaynı və ucuz olmayan komponentləri özündə birləşdirəcək. Qiymət fərqi ən çox 5.8 inç OLED ekranlı iPhone modelində hiss olunacaq. Belə ki, ənənəvi LCD ekran yerinə OLED növündən istifadə, smartfonun qiymətini qaldıracaq. Bundan başqa qiymət göstəricisinin artımına həmçinin naqilsiz şarj xüsusiyyəti də təsir edəcək. Qeyd etmək lazımdır ki, şirkətin ən bahalı smartfonun adı iPhone X kimi qələmə verilir. Onun, 4.7 inç iPhone 8 və 5.5 inç iPhone 8 Plus modelləri ilə bir vaxtda satışa çıxarılması gözlənilir. Həmçinin bir çox məlumatlara əsasən iPhone X-də 3D sensor texnologiyası olacaq. Həmin texnologiya vasitəsilə smartfon, istifadəçini üz cizgilərinə görə tanıya biləcək. Smartfonun korpusunun isə şüşədən olacağı güman edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər