main-post-cover

    Apple, əzəli rəqibi Samsung-dan 4.3 Milyard dollarlıq OLED ekran sifariş etdi!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Hər birimiz Samsung ilə Apple arasındakı əzəli rəqabətin və istifadəçilərinin öz telefon və əməliyyat sistemlərini təriflədiklərinin şahidi olmuşuq. Dəfələrlə bu şirkətlərin iş birliyi etdikləri faktı ortaya çıxsa da hələ də hansı telefon daha güclüdür sualına cavab tapmaq mümkün olmayıb.
    Keçdiyimiz həftə qiymətinin min dollardan çox ola biləcəyini bildirdiyimiz iPhone 8 modeli haqqında yeni məlumatlar almağa davam edirik. Technote.az-ın The Investor-a istinadən verdiyi xəbərə əsasən, Apple-ın Samsung-a 4.3 milyard dollarlıq OLED ekran sifarişi verdiyi iddiası ortaya çıxıb.

    Çoxdandır yeni iPhone modellərinin OLED ekran panelləri ilə gələbiləcəyi və Apple-ın Samsung-a ümumi 100 milyon ədədlik OLED ekran sifarişi verdiyi deyilirdi. Bugün aldığımız məlumatlarda isə daha əvvəl edilən 100 milyon ədədlik sifarişə 4.3 milyard dollar dəyərində 60 milyon ədəd OLED ekranın da əlavə edildiyi iddia edilir.
    Beləki ümumi 160 milyon OLED ekran sifarişi verən Apple-ın, yeni gələcək iPhone modellərində OLED panel istifadə edəcəyi də hardasa dəqiqləşmiş oldu. Apple-ın 2016-cı ildə 200 milyon iPhone satdığı düşünüldüyündə verilən 160 milyonluq sifariş təxmini olaraq ümumi satışların 80%-ni qarşılayacaq.
    Bugünə qədər iPhone modellərində LCD ekran istifadə edən Apple, iPhone-un 10-cu ilində ən böyük rəqibi olan Samsung-un haradasa təməlində olan OLED-ə keçid edir. Həmçinin bu xəbərin iPhone 8 modelinin qiymətinin artacağı iddiasını da gücləndirdiyini bildirək.
    OLED panellərin bir ədədi Apple-a təxminən 71 dollara başa gələcək. Lakin iPhone 7 modellərinin ekran xərclərinin 40 dollar olduğunu nəzərə alaraq qiymətlərdə fərqin rahatlıqla görüləcəyini iddia edə bilərik. Son olaraq The Investor, xəbəri sızdıran mənbənin Samsung Galaxy S8 haqqında da bir iddiasının olduğunu bildirdi. Beləki, The Investor-a görə Galaxy S8 modeli üçün gözlənilən satış sayı 60 milyondan çoxdur.
    Linki kopyala