main-post-cover

    Apple Formula 1`i ala bilər

    Digər
    07.05.2017
    Farid Pardashunas

    154.1 milyard dollarlıq marka dəyəri ilə dünyanın ən dəyərli şirkəti olan Apple, ehtiyacı olduğu şirkətləri böyük, kiçik fərq etmədən alır.

    Ən son böyük məbləğli alışını Dr. Dre'nin sahibi olduğu Beats'ə 3 milyard dollar ödəyərək reallaşdıran şirkət, olduqca maraqlı səslənəcək son iddialara görə indi də Formula 1'i almaq istəyir. Formula 1 haqqında yazılar yazan Joe Saward'ın iddialarına görə Apple dünyanın ən böyük yarış çempionatı Formula 1 ilə yaxından maraqlanır və Formula 1'in də bu barədə araşdırmalar etdiyini bilinir. F1 ilə yaxından maraqlanmasının səbəbi olaraq hələlik Project Titan olaraq adlandırılan tamamilə elektrik maşınların olduğunu vurğulayan Apple, belə  bir addım ilə avtomobil sektorunu idarə edən firmalar ilə olduqca yaxın əlaqələr qura bilər və bu da öz avtomobili üçün əlavə üstünlük deməkdir.

    İndiki şəraitdə çox az ehtimal olsa da, satış ilə bağlı detallar barədə yaxın zamanlarda məlumatlar ortaya çıxa bilər. Apple'ın son illərdə üzərində işlədiyi heç bir məhsul və ya servisi gizli tuta bilməməsi isə yaxında Formula 1 yarış çempionatının bir texnologiya şirkəti tərəfindən idarə edilmə ehtimalını artırır.
    Linki kopyala